ain.az bildirir, Yeniavaz portalına istinadən.
Qan təzyiqinin kəskin azalması dərman qəbul etmədən qaldırıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə lenta.ru-ya kardioloq İvan Efremkin danışıb.
Həkim bildirib ki, bir insanın qan təzyiqi kəskin şəkildə aşağı düşübsə, dərhal onun ayaqlarının ürək səviyyəsindən yuxarı olması üçün uzandırmaq, həmçinin təmiz havaya çıxışı təmin etmək lazımdır:
“Sonra kiçik qurtumlarla 200-300 mililitr sərin su içmək lazımdır. Ona bir çimdik duz əlavə etmək və ya, duzlu qida yeyə bilərsiniz.
Bundan əlavə, “4-6” tənəffüs texnikası qan təzyiqini artırmağa kömək edə bilər. Bunu etmək üçün yavaş-yavaş dörd saniyə ərzində hava almaq və altı saniyə ərzində nəfəs vermək lazımdır”.
Eyni zamanda həkim alkoqol, energetik içkilər, böyük dozada qəhvə və kontrastlı duşlarla təzyiqi yüksəltmək üçün internetdən məsləhətlərdən çəkinməyə çağırıb:
“Təzyiqin kəskin azalması ilə belə üsullar vəziyyəti daha da pisləşdirə bilər. Yaxşılaşmanın ilk əlamətləri adətən 10 dəqiqə ərzində görünür. 15-20 dəqiqədən sonra təsirin olmaması və ya vəziyyətin pisləşməsi tibbi yardım axtarmaq üçün bir səbəbdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.