AZ

Cozef Aun: İsrailin hücumları Livan ordusuna mane olur

BAKI, 6 sentyabr. TELEQRAF

İsrail işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində yerləşdirilməsini başa çatdırsın.

Teleqraf xəbər verir ki, bunu Beyrutda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi qəbul edən Livan Prezidenti Cozef Aun deyib.

"Livan qoşunları hazırda Litani çayının cənubundakı ərazinin 85%-nə nəzarət edir, beynəlxalq səviyyədə tanınmış sərhəddə qoşunların yerləşdirilməsinin qarşısı aqressiv hücumlarını davam etdirən İsrail tərəfindən alınır",

Seçilən
2
teleqraf.com

1Mənbələr