LƏNKƏRAN. 6 sentyabr. TELEQRAF
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
Astara rayonunun Təngərüd kənd sakini, 33 yaşlı Mehriban Qubalı qızı Bəxtiyarova Lənkəran şəhərinin dəmiryolu vağzalı yaxınlığında yerləşən marketlərin birinin qarşısında bıçaqlanıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Onun vəziyyətinə uyğun olaraq dərhal əməliyyat blokuna alındığı bildirilir.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi, həmçinin digər təfərrüatlar araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.