AZ

Tramp Google şirkətinin cərimələnməsinə görə Aİ ni əlavə tariflərlə hədələyib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının "Google"a 2,95 milyard avro məbləğində cərimə tətbiq etməsinə cavab olaraq Aİ-ni əlavə tariflər tətbiq etməklə hədələyib.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.Ağ Ev rəhbəri cəriməni “ədalətsiz” adlandırıb və qeyd edib ki, onun administrasiyası bu diskriminasiyaedici tədbirlərin qüvvədə qalmasına imkan verməyəcək.

Qeyd edək ki, bu, 2017-ci ildən davam edən antiinhisar işləri çərçivəsində Brüsselin "Google"a tətbiq etdiyi dördüncü böyük cərimədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
15
apa.az

10Mənbələr