AZ

Polşanın şərqinə naməlum obyekt düşdü

Polşanın şərqinə, Maydan-Selets kəndi yaxınlığına mənşəyi naməlum olan obyekt düşüb.

Publika.az xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.

Radio stansiyası qeyd edib ki, obyekt yaşayış binalarından 500 metr aralıda yerə çırpılıb. Hadisə yerinə polis və təcili yardım xidmətləri cəlb olunub.

Maydan-Selets - Tomashuv-Lyubelski şəhərinin şimalında yerləşən, 200-dən bir qədər çox əhalisi olan bir kənddir. Bu kənd Ukrayna sərhədindən 30 km, həmçinin üç il əvvəl Ukrayna raketinin düşdüyü Pşevodovo kəndindən 30 km məsafədə yerləşir. Həmin hadisədən sonra Polşa hava məkanına daxil olan obyektlərə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Seçilən
9
1
publika.az

2Mənbələr