2026-cı il Dünya Çempionatının Avropa seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində 5-ci turun İngiltərə – Andorra oyunu baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, matç İngiltərənin Birmingem şəhərindəki “Villa Park” stadionunda keçirilib.
Görüş İngiltərə komandasının 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. 25-ci dəqiqədə Andorra millisinin müdafiəçisi Kristian Qarsiya öz qapısına qol vurub. 67-ci dəqiqədə İngiltərənin yarımmüdafiəçisi Deklan Rays hesabı 2:0-a çatdırıb.
Bu qələbədən sonra İngiltərə millisinin aktivində 12 xal olub. Baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında İngiltərə komandası qrupdakı dörd oyunun hamısında qalib gəlib və K qrupunda birinci pillədə qərarlaşıb. Andorra isə 0 xalla sonuncu yerdədir.