1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukraynanıən paytaxtı Kiyevdə çoxmillətli qüvvələrin qərargahı yaradılır. Bu Rusiya və Ukrayna arasında atəşkəs olacağı təqdirdə atılacaq addımları əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin himayəsi altında yaradılan struktur olacaq.
Oxu.Az bu barədə Ukdefencejournal.org.uk-ə istinadən xəbər verir.
Qeyd olunur ki, qərargahın rəhbərliyi iki səviyyəyə bölünəcək: Ukrayna paytaxtında qərargaha britaniyalı general-mayor rəhbərlik edəcək, ümumi idarəetməni isə Böyük Britaniya və Fransa birgə həyata keçirəcəklər.
İlkin olaraq çoxmillətli komandanlıq Parisdə fəaliyyət göstərəcək, daha sonra onun Londona köçürülməsi planlaşdırılır.
Bu struktur 1990-cı illərdəki Balkan müharibələrindən sonra Avropada ən böyük beynəlxalq əməliyyata çevrilə bilər.