AZ

Livan Prezidenti: İsrailin hücumları ordumuzun cənub sərhədində yerləşdirilməsinə mane olur

İsrail işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan Ordusu cənub sərhədində yerləşdirilməsini başa çatdırsın.

Aznews.az xəbər verir ki, bunu Livan Prezidenti, general Cozef Aun Beyrutda ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi qəbul edərkən deyib.

"Livan hərbçiləri hazırda Litani çayının cənubundakı ərazinin 85 %-ə nəzarət edir və hücumlarını davam etdirən İsrail tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhəddə qoşunların yerləşdirilməsinin qarşısı alınır", - siyasətçi bildirib.

Aun ABŞ-ni İsrailə təzyiq göstərərək, 27 noyabr 2024-cü il tarixli atəşkəs sazişinin hərbi əməliyyatların dayandırılmasını, Livanın cənubunda işğal olunmuş beş yüksəklikdən qoşunların çıxarılmasını və məhbusların geri qaytarılmasını tələb edən şərtlərinə əməl olunmasına çağırıb.

"Bu addımlar Livan hökumətinin avqustun 5-də yarımhərbi qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının əlində olan bütün silahların orduya təhvil verilməsi ilə bağlı qərarın həyata keçirilməsinə töhfə olacaq", - Prezident qeyd edib.

Seçilən
0
5
aznews.az

6Mənbələr