AZ

Ronaldo Messini geridə qoydu rekordsmenə 1 qol qaldı

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kriştiano Ronaldo yenidən Lionel Messini geridə qoyub.

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla oyunda (5:0) dubl edib.

Bununla da Ronaldonun hesabında dünya çempionatının seçmə oyunlarında 38 qol oldu. O, yenidən 36 qolla kifayətlənən Lionel Messidən irəli çıxıb. Messi Venesuela ilə görüşdə (3:0) dubl etmişdi.

Qeyd edək ki, Ronaldo hazırda mundialın seçmə mərhələlərinin bombardirləri siyahısında ikinci yerdədir və yalnız Qvatemala millisinin sabiq forvardı Karlos Ruisa (39 qol) uduzur.

Bu siyahıda 4-cü yeri iranlı Əli Daei (35 qol), 5-ci yeri isə polşalı Robert Levandovski (31 qol) tutur.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
1
sportal.az

2Mənbələr