AZ

Güləşçilərimiz beynəlxalq yarışın ilk günündə 4 medal qazandılar

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.

Bu barədə Publika.az-a federasiyadan məlumat verilib.

"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Seçilən
8
12
publika.az

10Mənbələr