AZ

Motta “Bayer”i çalışdıra bilər

“Yuventus”un keçmiş baş məşqçisi Tyaqo Motta “Bayer” klubunu çalışdıra bilər.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya klubu hazırda işsiz olan 43 yaşlı mütəxəssisə təklif göndərib. Bundesliqa klubu italyan çalışdırıcı ilə yeni həftə içində bu məsələni bitirmək niyyətindədir.

Qeyd edək ki, Tyaqo Motta əvvəllər “Yuventus”, “Bolonya”, “Spesiya” və “PSJ”nin gənclərdən ibarət komandasını çalışdırıb.

Xatırladaq ki, Almaniya Bundesliqasında iki turdan sonra “Bayer” rəhbərliyi baş məşqçi Erik ten Haqı vəzifəsindən kənarlaşdırmaq qərarına gəlib. Hazırda cəmi bir xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşan Leverkuzen klubu yeni baş məşqçi axtarışındadır.

Tyaqo Mottanın təcrübəsi və taktiki bacarıqları “Bayer”in mövqelərini gücləndirmək üçün ciddi bir fürsət kimi qiymətləndirilir. Klubun rəhbərliyinin qərarı və danışıqların gələcək gedişatı yaxın günlərdə məlum olacaq.

Seçilən
80
90deqiqe.az

1Mənbələr