AZ

Oğuzda ağır yol qəzası: 1 ölü, 1 yaralı var

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Oğuzda baş verən ağır yol qəzası insan ölümü ilə nəticələnib.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Nissan” markalı minik avtomobili aşıb. Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
6
apa.az

6Mənbələr