AZ

“Həm yaxşı futbolçu, həm də düzgün insan kimi tanınmaq istəyirəm”

“İnter” klubunun mərkəz hücumçusu Lautaro Martines karyerası barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "L’Equipe" argentinalı futbolçunun dediklərini belə çatdırıb. 

“Mən daim məqsədlərimə çatmağa çalışıram. 28 yaşımda karyeramdan məmnunam. Həmişə inkişaf etmişəm, oyunumu təkmilləşdirmişəm və hələ çox şey öyrənməliyəm. Amma öncəliklə istərdim ki, məni həm yaxşı, həm də ədəbli insan kimi dəyərləndirsinlər”

Martines əlavə edib ki, bir gün “Qızıl top” mükafatını qazanmaq onun böyük arzularından biridir.

Qeyd edək ki, Lautaro Martines “İnter”də 2018-ci ildən çıxış edir. Argentinalı hücumçunun “neradzurri”də 337 oyunu, 154 qolu və 51 məhsuldar ötürməsi var. Onun klubu ilə müqaviləsi hələ dörd il qüvvədədir.

Seçilən
77
90deqiqe.az

1Mənbələr