AZ

“Son illərdəki oyunum məni ən yaxşı hücumçular sırasına daxil edir”

“İnter” və Argentina millisinin hücumçusu Lautaro Martines oyun səviyyəsini dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, "L’Equipe"  futbolçunun dediklərini belə çatdırıb. 

“Hər kəs futbolçuları öz baxışına görə qiymətləndirir, çox yüksək səviyyəli hücumçular var. Amma son illərdə göstərdiyim oyun məni ən yaxşı beşlikdən birinə daxil edir”

Keçən mövsüm Martines “İnter”də bütün turnirlər daxil olmaqla 53 oyuna çıxaraq 24 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunu 95 milyon avro qiymətləndirir.

Hazırda “İnter” Seria A-da 3 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
58
90deqiqe.az

1Mənbələr