BAKI, 6 sentyabr. TELEQRAF
Ukraynada NATO-nun mümkün atəşkəsə hazırlıq səyləri çərçivəsində Britaniya zabitinin komandanlığı altında Çoxmillətli Qüvvələrin qərargahı formalaşdırılmağa başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Jurnalı məlumat yayıb.
Nəşr iddia edir ki, qərargaha Fransa rəhbərlik edəcək.
Bildirilib ki, qüvvələr Ukraynada vəziyyətin daha da sabitləşməsi üçün məsuliyyət daşıya bilər. Qərargahın əsas iş dili ingilis dili olacaq və onun fəaliyyətində 30 ölkə iştirak edəcək.