Dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopez bohem geyim tərzi və məşhur “Hermes” brendinin 45 min dollarlıq (təxminən 76,5 min AZN) “Baby Birkin” çantası ilə görüntülənib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aktrisa bu dəfə Los-Ancelesdə iş görüşməsinə çıxıb. Lakin o, işgüzar geyimdən imtina edərək açıq və sərbəst görünüşə üstünlük verib.
56 yaşlı Lopezin yarışəffaf “Chloe” köynəyi ilə kombinini enli cins şalvar tamamlayıb.
"Cebheinfo.az"