Münsiflər heyəti 82-ci Venesiya Beynəlxalq Film Festivalında amerikalı Benni Safdini ən yaxşı rejissor seçib.
Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi "YouTube"da yayımlanıb.
39 yaşlı rejissor öz ssenarisi əsasında “Qəza maşını” idman bioqrafik dramını lentə alıb. Film keçmiş güləşçi və qarışıq döyüş ustası Mark Kerrin həyat və karyerasından bəhs edir. Filmdə baş rolu Dueyn Conson canlandırıb. Filmdə Emily Blunt və Alexander Usyk də rol alıb.
Müsabiqədə "Qızıl Aslanı" Cim Jarmuşun “Ata, ana, bacı, qardaş” filmi qazanıb. Rejissorun komediya dram janrında çəkdiyi yeni filmi Nyu York, Paris və Dublindəki yetkin uşaqlar və onların valideynləri arasındakı münasibətdən bəhs edən üç hekayədən ibarətdir. Filmdə baş rollarda Keyt Blanşett, Viki Krieps, Adam Driver, Tom Ueyts və Şarlotta Ramplinq çəkilib.
Beynəlxalq kino mükafatları çərçivəsində Çinli aktrisa Sin Çjiley “Günəş hamımızın üzərində doğur” adlı filmdəki roluna görə ən yaxşı qadın rolu nominasiyasında qalib elan edilib. Aktrisanın emosional və dərin performansı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.