AZ

Minlərlə insan Tel Əvivdəki Girovlar Meydanında toplaşıb

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Minlərlə insan Tel-Əvivdəki Girovlar Meydanı və ona bitişik Şaula Ha-Melek küçəsində qalan girovların azad edilməsini tələb edərək etiraz aksiyasına çıxıb.

Bizimyol.info xəbər verir ki, meydanda olan aksiya iştirakçıları ABŞ Prezidenti Donald Trampa müraciət edən: "Prezident Tramp, girovları dərhal xilas edin!", - deyə böyük bir pankart açdılar.

Aksiyada çıxış edən sabiq girov İlana Qritsevski bildirib ki, o, hələ də əsarətdə yaşayır və Matan Tsangaukerin nə hiss etdiyini təxmin edə bilir. "O, necə aclıq çəkdiyini, susuzluq hiss etdiyini, zəiflədiyini görürəm. Maraqlıdır, məni necə danışdığımı, hiss etdiyimi və necə göründüyümü xatırlayırmı?" – deyə Qritsevski qeyd edib.

Öldürülən girov əsgər Omer Noytranın anası Orna Noytra Qəzza şəhərinin ələ keçirilməsi planını tənqid edib. "Nazirlər Kabineti Qəzzanı ələ keçirmək qərarına gəldi… amma girovların öldürülməsinin qarşısını almağın yollarını düşünmədi. Bu gün cavab verməyənlər əbədi rüsvay olacaq", – deyə o bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
icma.az

1Mənbələr