Bakı. Trend:
Estoniya öz elektrik şəbəkəsini Fin körfəzinin dibi boyuncaFinlandiya ilə birləşdirəcək üçüncü xəttin – "Estlink 3"ünlayihələndirilməsinə başlayıb.
Trend xəbər verirki, bu, artıq fəaliyyət göstərən "Estlink 1" və "Estlink 2"xətlərinə əlavə olacaq.
Layihə çərçivəsində Tallin ətrafında elektrik şəbəkəsigücləndiriləcək, paytaxtın Xaryumaa bölgəsində əlavə infrastrukturelementləri tikiləcək. Həmçinin, xətt Aulepa sahil kəndində sahiləçıxaraq Estoniya şəbəkəsinə qoşulacaq.
Elering enerji operatorunun layihə meneceri Brenda Pentbildirib:
"Biz "Estlink 3"ün gücünə uyğun ötürməni təmin edəcək və gələcəkdəEstoniyanın qərbində elektrik şəbəkəsinin əlavə inkişafını mümkünedəcək əlaqəni planlaşdırırıq."