AZ

Lissabonda funikulyorun qəzaya uğradığı yerdə qırılmış kabel tapılıb

BAKI, 7 sentyabr. TELEQRAF

Lissabonda funikulyorun qəzaya uğramasına kabinələr arasında kabelin qırılması səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Lusa" xəbər yayıb.

Baş Polis və Aviasiya Qəzalarının Araşdırılması İdarəsinin (GPIAAF) hesabatında qeyd olunur ki, funikulyorun qəzaya uğradığı yerdə qalıqlara baxış zamanı birinci kabinənin yuxarı hissəsindəki birləşmə yerində iki vaqon arasındakı kabelin qırıldığı aşkar edilib. Funikulyorun qalan hissəsi yaxşı vəziyyətdə idi.

Qeyd edək ki, Lissabonda "Gloria" funikulyorunun qəzaya uğraması nəticəsində 16 nəfər xəsarət alıb. Tramvaya bənzər vaqon böyük hündürlükdən düşüb. O, parkdakı baxış platformasından aşağı enərkən idarəetməni itirib və binaya çırpılıb.

Səlahiyyətlilər yoxlamalar başa çatana qədər paytaxtın bütün funikulyorlarının fəaliyyətini dayandırıb.

Seçilən
3
teleqraf.com

1Mənbələr