AZ

Səmərqənddə “Grand Swiss”: Azərbaycan şahmatçılarından uğurlu çıxışlar

Bakı. Trend:

Səmərqənddə keçirilən şahmat üzrə beynəlxalq “Grand Swiss”turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

Trend xəbər verirki, ölkəmizi yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, AydınSüleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, GövhərBeydullayeva və Xanım Balacayeva təmsil edir.

Üçüncü turda Məmmədyarov, Məmmədov və Balacayeva qələbə qazanıb.Muradlı, Süleymanlı və Fətəliyeva oyunlarını heç-heçə ilə başavurublar, Beydullayeva isə məğlub olub.

Turnir cədvəlində kişilər arasında azərbaycanlı şahmatçılardanən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur – 2 xal və 11-ci yer.Məmmədyarov da 2 xal toplayıb, lakin hazırda 31-ci sıradadır.Qadınlar arasında isə Ülviyyə Fətəliyeva 2 xalla 11-ci yerdəqərarlaşıb.

Qeyd edək ki, yarışda ümumilikdə 172 şahmatçı iştirak edir,mükafat fondu isə 855 min dollar təşkil edir.

Seçilən
2
az.trend.az

1Mənbələr