AZ

Minnesota ştatında helikopter qəzası baş verib

Bakı. Trend:

ABŞ-nin Minnesota ştatında, Eyrleyk hava limanı yaxınlığında"Robinson R66" tipli helikopter qəzaya uğrayıb.

Trend "Fox News"aistinadən xəbər verir ki, qəzadan sonra hava gəmisində yanğın başverib.

Helikopteri fövqəladə hallar xidməti əməkdaşları şənbə günü,yerli vaxtla saat 14:45-də aşkar ediblər.

Məlumata görə, helikopterdə olan şəxslərin heç biri sağqalmayıb. Onların sayı barədə hələlik açıqlama verilmir.

Hadisə ilə bağlı araşdırmanı ABŞ Milli Nəqliyyat TəhlükəsizliyiŞurası aparacaq.

Seçilən
49
az.trend.az

1Mənbələr