AZ

İsveçdə turizm rekord həddə çatıb

Bakı. Trend:

bu il xarici mehmanxana yerləşdirmələri ötən illə müqayisədə7%-dən çox artıb.

Trend xəbər verirki, bu barədə “Visit Sweden” şirkəti məlumatı yayıb.

Əvvəllər isveçlilər əsasən Cənubi Avropadakı çarter kurortlarınaüz tuturdularsa, indi xarici turistlərin axını İsveçə yönəlir. Ənçox ziyarətçi Danimarka, Norveç və Almaniyadan gəlir, lakin ABŞ,Fransa, İtaliya və İspaniyadan gələn turistlərin sayı danəzərəçarpacaq dərəcədə artıb.

Norrbotten bölgəsi xarici mehmanxana yerləşdirmələri baxımındanliderdir. Məsələn, iyul ayında fransız turistlərin sayı 41% artıb.Böyük turizm obyektləri, məsələn Pite Havsbad, gündə təxminən 10min ziyarətçi qəbul etdiklərini bildirir.

Ekspertlər turizmin artmasını həm Avropadan gələn çarterproqramları, həm də “coolcation” trendi – sərin iqlimli ölkələrdəistirahət – ilə izah edirlər. Turistləri İsveçin təbiəti,səssizliyi, mədəniyyət və həyat tərzi cəlb edir.

“Visit Sweden” şirkətinin baş direktoru Süzann Andersson qeydedib ki, turizm ölkənin müsbət imicini artırır və sərmayələritəşviq edir, lakin hotel çarpayılarının orta hesabla hələ də 40%-iboşdur.

Seçilən
3
2
az.trend.az

3Mənbələr