AZ

Qırmızı dənizdə beynəlxalq sualtı kabellər zədələndi: Microsoft xəbərdarlıq yaydı

Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı kabel zədələnib.

Musavat.com xəbər verir ki, bu məlumatı Microsoft korporasiyası yayıb. Məlumatda qeyd olunur ki, “Microsoft Azure”  bulud saxlama platformasının istifadəçiləri  xidmət problemləri ilə üzləşə bilər: "Yaxın Şərqdən Asiya və Avropadan və geriyə axan trafik Qırmızı dənizdə bir neçə sualtı fiber-optik kabelin zədələnməsi səbəbindən gecikmələrlə üzləşə bilər".

Amerika texnologiya korporasiyası xəbərdarlıq edib ki, kabellərin bərpası vaxt aparacaq. Zərərin miqyası dəqiqləşdirilməyib.

Bloomberg-in yazdığına görə, Qırmızı dəniz Avropanı Afrika və Asiya ilə birləşdirən kritik telekommunikasiya marşrutudur. Nəşr xəbərdarlıq edir ki, “Ənsar Allah” üsyançı hərəkatının Qırmızı dənizdəki gəmilərə davam edən hücumları səbəbindən sualtı kabellərin təmiri asan məsələ olmaya bilər.

Musavat.com

Seçilən
37
18
musavat.com

10Mənbələr