AZ

Elektromobillər üçün yeni yanğınsöndürən avtomobil

Yanan elektromobillərin söndürülməsi ciddi problemə çevrilib. Ənənəvi avtomobilin söndürülməsinə 3 ton su kifayət etdiyi halda, elektromobil üçün 60 ton tələb olunur. Yəni, bir elektromobil yanğının aradan qaldırılmasına azı 10 maşın su lazımdır. Yanğınsöndürənləri narahat edən təkcə bu deyil.

Avtosfer.az xəbər verir ki, yeraltı və binaların altında yerləşən dayanacaqlarda yanan ənənəvi avtomobili çox vaxt elə parkinqdəki odsöndürən balonlarla söndürmək mümkündür. Elektromobildə isə bu, heç bir fayda vermir. Yanğınsöndürən avtomobil isə parkinqə sığmır. 

Problemdən çıxış yolu kimi Britaniyanın “Prospeed” şirkəti “Toyota Hilux” modelinin bazasında yanğınsöndürən avtomobil hazırlayıb. “Hiload 6x6 Rapid Intervention Vehicle” adlı avtomobil alçaq olduğu üçün parkinqlərə rahat daxil ola bilir.

Avtomobil su əvəzinə 3 ton xüsusi yanğınsöndürən maddə daşıyır. 

Yeni texnika Çexiyada sınaqdan keçirilir.

Vüqar

Seçilən
2
1
avtosfer.az

2Mənbələr