AZ

Dünya çempionatının oyunu meydançada yaranan dəlik səbəbindən dayandırıldı - FOTO

BAKI, 7 sentyabr. TELEQRAF

2026-cı il dünya çempionatının seçmə mərhələsində Avstriya və Kipr yığmaları arasında keçirilən oyun qeyri-adi səbəbə görə dayandırılıb.

Teleqraf.com “oe24.at” nəşrinə istinadən xəbər verir ki, Lintsdəki “Raiffeisen Arena” stadionunda matçın başa çatmasına 15 dəqiqə qalmış meydançada yaranan dəlik səbəbindən qarşılaşmaya fasilə verilib.

Avstriya millisinin qapıçısı Aleksander Şlagerin cərimə meydançasına yaxın yerdə təxminən 20 santimetr dərinlikdə çuxur əmələ gəlib. Bu səbəbdən hakim Yakob Kehlet oyunu 7 dəqiqəlik dayandırıb.

Stadion işçiləri çuxuru doldurduqdan sonra oyun davam etdirilib.

Qeyd edək ki, Avstriya Marsel Zabitserin penalti zərbəsindən vurduğu qol sayəsində Kiprə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
106
teleqraf.com

1Mənbələr