AZ

Kiyevə KÜTLƏVİ HÜCUM

Rusiya ordusu 7 sentyabr gecəsi Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hücum təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçkonun "Telegram" kanalına istinadla "RBC-Ukraina" məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Peçersk rayonunda pilotsuz uçuş aparatının (PUA) vurulması nəticəsində hökumət binasında yanğın baş verib.

“Peçersk rayonunda ehtimal olunan PUA-nın vurulması nəticəsində hökumət binasında yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerində işləyirlər.” - deyə merin 06:57-də yayımlanan açıqlamada qeyd olunub.

Seçilən
68
publika.az

1Mənbələr