Oğuzda avtomobil qəzasında ölən və xəsarət alan qadınların kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ağır xəsarət alan 1994-cü il təvəllüdlü Arifə Səlimova hadisə yerində ölüb.
1992-ci il təvəllüdlü Aygün Quliyeva isə xəsarət alıb. 33 yaşlı A.Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
06 sentyabr, 23:39
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Cebheinfo.az"