“Real Madrid” “AZ Alkmaar”ın 19 yaşlı futbolçusu Kees Smiti transfer etmək niyyətindədir.
idmanxeber.az xəbər verir ki, Madrid klubunun skautu Juni Kalifat rəhbərliyə gənc futbolçunun alınmasını tövsiyə edib.
Niderlandlı yarımmüdafiəçinin transfer qiyməti 5 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, Smitin “AZ Alkmaar”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.