AZ

Rusiya rekord sayda PUA və raketlə Ukraynaya hücum etdi

6-7 sentyabr ərzində Rusiya Ukraynaya 800-dən çox PUA və raketlə hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.

Məlumata görə, Rusiya ordusu bu müddət ərzində 805 PUA, 13 ədəd “İsgəndər-K” və “İsgəndər-M/KN-23” raketləri ilə hücuma keçib.

“Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən 747 PUA və 4 raker zərərsizləşdirilib. 9 raket və 56 PUA hədəfə dəyib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sonuncu ən böyük belə hücum 2025-ci ilin 9 iyulunda qeydə alınmışdı. Həmin vaxt Rusiya 741 PUA və raketlərlə hücum etmişdi.

Seçilən
37
1
axar.az

10Mənbələr