AZ

Azərbaycanda yas mərasimləri -

Azərbaycanda yas mərasimlərində təxminən 18-20 min manat xərc tələb edilir.Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eyyub Kərimli feysbuk hesabında yazıb. "Birinci gün, yəni vəfat və cənazə günü - cənazənin yuyulması,kəfən,dəfn maşını,cənazə namazı -1000 -1500 azn. Qəbir yeri tapa bilsəniz şəhərdən kənarda - 2500 3000azn. 300 azn qəbrin qazılması. Yas mərasiminin 3 gününə qədər evə gələnlər üçün 300 - 500azn. Mərhumun üç və yeddi mərasim evi bir nəfər üçün minimum 30azn, 200 nəfərdən hesablasaq, 6000 azn. Bundan başqa, molla 500 azn. Mərhumun 40-na qədər cümə axşamları: 250azn x5 =1250 azn. 40 mərasimi 30aznx200 nəfərə=6000azn Sonda başdaşı minimum 1500 azn. Beləliklə 40 gün ərzində 18000-20000 xərc", - deyə o qeyd edib. Ekspert bildirib ki, matəm qəfil bir məslədir və bəzən ailələri hazırlıqsız vəziyyətdə yaxalayır:

"Mərhum üçün əbədi rəhmət oxutdurmaq üçün bu vəsaitin, imkansız uşaqların təhsil haqqısına, ağır xəstələrin müalicəsinə xərclənməsi daha böyük savab olardı. Mərasim evlərində verilən ehsanın maya dəyəri 20 azn-dən çox deyil, hər mərasimdən ayda 40-60 min gəlir əldə edilit. Dövlət tərəfindən böyük qəbirstanlıqlar hazırlanmalı və vətandaşlarımıza ödənişsiz təmin edilməlidir".

Seçilən
55
2
metbuat.az

10Mənbələr