Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanın kütləvi hücumu nəticəsində ölkənin hökumət binasında baş verən yanğından sonra ciddi eskalasiya elan edib.
Operativ Media xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Rusiya genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfədir ki, Kiyevdə Ukrayna hökumət binasına ziyan vurub. Təkcə bu ciddi eskalasiyadır. Ən böyük rüsvayçılıq odur ki, bu qəddar hücumlar məhz prezident (ABŞ Donald) Trampın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi bir vaxtda baş verir", - Sibiqa yazıb.
O, dünya ictimaiyyətini Moskvaya təzyiqləri artırmağa, Rusiyadan enerji resursları almağı dayandırmağa, bu ölkəyə qarşı yeni sərt sanksiyaların tətbiqinə və Ukraynanın gücləndirilməsi üçün tədbirlərə çağırıb.
Nazir, gözləməyin nəticə verməyəcəyinə inanır.