İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Vyanada nüvə proqramı ilə bağlı keçirilən üçüncü texniki danışıqları pozitiv adlandırıb.
APA xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
O deyib ki, İran və Atom Enerjisi Agentliyi ilə ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb.
Qeyd edək ki, Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq iyun ayında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran tərəfindən dayandırılmışdı.