AZ

İtlər üçün aksesuarlar: bu şirkət 86 minlik tenderi qazandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi PİHS tərəfindən elan edilmiş itlər üçün aksesuarların satın alınması tenderinin qalibi müəyyənləşib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderi “UNİVERSAL-RA” MMC qazanıb. Tərəflər arasında 86.549,46 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.

Qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manat, qanuni təmsilçisi isə Rəşad Abbasov Bəhlul oğludur.

Seçilən
108
nocomment.az

1Mənbələr