Üç Avropa dövləti (Böyük Britaniya, Fransa və Almaniya) öz destruktiv yanaşmasını dəyişməli və qarşılıqlı itkiyə səbəb olan oyunlardan uzaq durmalıdır.
Operativ Media xəbər verir ki, bu fikirlər İranın xarici işlər naziri Abbas Araqçinin "The Guardian" qəzetində yayımlanan yazısında qeyd olunub.
Nazir vurğulayıb ki, əgər Avropa həqiqətən diplomatik həll yolunu axtarırsa və ABŞ Prezidenti enerjisini real məsələlər üzərində cəmləmək istəyirsə, diplomatiyaya uğur üçün zaman və imkan verilməlidir; alternativ yol yoxdur.
İraq XİN başçısı avropalı həmkarlarına xəbərdarlıq edərək bildirib ki, hazırkı yanaşma onların xeyrinə nəticələr verməyəcək. Əksinə, bu onları diplomatiyadan daha da kənarlaşdıracaq və Avropanın qlobal nüfuzuna mənfi təsirlər göstərəcək.