Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yenidən “Dostluq” neft kəmərinə hücum zərbələri endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, "Madyar" adlandırılan qrupun rəhbəri Robert Brovdi "Telegram"da məlumat verib.
Onun sözlərinə görə, Bryansk vilayətində nasos stansiyası zədələnib.
Qeyd edək ki, Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə bundan əvvəl də bir neçə dəfə zərbələr endirib. Ukraynanın bu addımı Macarıstan və Slovakiya tərəfindən kəskin etirazla qarşılanıb.