Sea Breeze

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda 11 dövlət qurumunun nümayəndəsi iştirak edib.

Reqlamentə əsasən, əvvəlcə yarımfinal yürüşləri keçirilib və finalçılar müəyyənləşib. Həlledici mərhələdə qadınlar arasında Leyla Əliyeva (FHN) bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olub. Liliya Xametova (SOCAR) 2-ci, Arzu Nəbiyeva isə (ADY) 3-cü yeri tutub.

Kişilər arasında Cəlal Süleymanov (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Xəlilov (FHN) və Ceyhun Məhərrəmli (SOCAR) müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.
Qaliblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomla təltif ediliblər.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX