AZ

Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku” keçirilib - FOTO

Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.

Yarışın açılış mərasimində Koreyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Kanq Kımqu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış ediblər.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunan taekvondo avadanlıqlarının təqdimatı və iştirakçılar üçün maraqlı lotereya oyunu keçirilib.

Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng çıxış proqramı nümayiş etdiriblər. 

Daha sonra final qarşılaşmalarına start verilib. Ümumi komanda hesabında “Fərasət” TK komandası birinci olub.

“Absheron-Xızı” və “Qafqaz” TK komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Taekvondo üzrə ölkə birinciliyi keçiriləcək

Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO

Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”

Bakıda ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək

Millimiz təlim-məşq toplanışı keçirəcək

Seçilən
65
10
apasport.az

10Mənbələr