AZ

Antalyanın polis rəisi həbs edilib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Antalyanın polis rəisi İlker Arslan barəsində çıxarılan həbs qətimkan tədbirinin ardından dünən gecə Antalyada təhlükəsizlik qüvvələrinə təslim olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yerinə müavini Murat Baz təyin edilib.

Arslanın adı bu ilin iyulunda həbs edilən Antalya bələdiyyə başqanı Mühittin Böcek barəsində açılan rüşvət işi ilə bağlı istintaq materiallarında hallanıb. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Antalya bələdiyyə sədri iyulun 5-də saxlanılıb, daha sonra həbs edilib. O, bir sıra qanun pozuntularında, o cümlədən rüşvətxorluqda ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
15
azpolitika.info

10Mənbələr