AZ

Öpüşümlə dərərəm barmaqlarını bir bir Emin Pirinin şeirləri

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün şair Emin Pirinin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

"Sənsizm"(N.H-ı tanıdıqdan sonra)Səni sevmək

zülm bir iş,

burda doğulmaq kimi.

Alın yazısını

sondan əvvəlinə

oxumaq kimi...

Səni sevmək

müsəlman orucunda iftara gələn

çoxillik şərab kimi...

bu qədər vazkeçilməz

bu qədər günah...Bir az da

qabırğasını çimdikləyib

oynadığım əzrailin

kölgəsində sürünmək.

Tellərinin havasına

barmaqlarımın oynaması,

əllərimin hörüklərinlə

əl-ələ tutub yallı getməsi

səni sevmək...Saçlarımın qarasını

sığalında itirib,

nağıldakı qurbağanın

dodağından öpməkdi –

bəlkə sənə çevrildi.Öpüşlərimi qızılgül ləçəkləri kimi

boynundan asmaq,

çiynimdə mələklər yerinə

saçlarının rəqs etməsidir

sənə tapınmaq.

əllərim darıxmasın deyə

Tanrı yaratdı səni.Qapımızın cəftəsinə çevrilib əllərim

bəlkə döyəcəksən qapımı.

Heç nə istəmirəm,

Hər sabah zəngli saata çevrilsin

yatağımda "oyan” deyən öpüşün.

Yetişməmiş göyəmlər

hədiyyəm olar boynuna

aldığım hər öpüşün əvəzində.

dillərimizin yerini dəyişərik

ağzımızda "fransızca”.

İndi Adəmlər

yoldan çıxır bir yox, "cüt alma”ya.

Ya özün gəl,

ya da qaytar qabırğamı.Orda

həbsxana divarları ucalır,

bir ağac boylanır həyətindən.

hər mövsüm gözətçi budayır

divarlardan

azadlığa çıxan budaqlarını.Azadlığı

məftillərdən kənara çıxan

kölgəsi dadır bu ağacın.

Sənə uzanan əllərimdi o budaqlar...

Getdiyin bütün yollar kölgəmdi mənim.

Heç bir quruluş ovutmur məni

nə kapitalizm, nə də kommunizm

indi hər yer "Sənsizm”di.

Tanrılar məbədi qadınÖpüşümlə dərərəm barmaqlarını bir-bir,

çobanyastığı ləçəkləri kimi sayaram

sevir, sevir

və...

Sevir.Unutmaq

yeri yaddan çıxan basdırdığın

mina kimidir.

bir gün üzər ayaqlarını həyatdan

gözləmədiyin anda.Küsər,

Baxışları –

şimal buzlu okeanın sahilə vurduğu

sərt, dondurucu ləpələr kimi.Yeddi yox,

bütün notların sayı cəmi birdi.

təbəssümündən qopmadı hər bəstə.

Gözlərin

dənizlərin şahı,

görsə

Poseydon utanardı məqamından.

Ürəyim yerindən çıxıb

düşər ovuclarına.Sən Tanrı Kukulkan

mənsə yağış duası.

Qəlbim əllərində döyünər

rahib taxçasındakı ürək kimi.

İndi anlayırsan ki,

yollar qovuşmaq yox, ayırmaq üçündü.

Bütün yolları dağıtmaq lazım,

körpüləri uçurtmaq...Xatırladınmı,

ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz

bu gün "xilaskar” kimi

"Can qurtarırdı” abort masasında.Burda anlayırsan ki,

Sevmək – solunda qəlbin döyüntüsü yox,

hər sabah oyandığında

sağında

bir ürəyin yatdığını görməkdir.

Qurmaq istərsən

o uşaq kimi dünyanı.

Divardan endirib ata rəsmini

silib qoltuq ağaclarını onun şəklindən,

ayaq çəkirdi atasına

Mərmilərin acığına.Bilirsənmi, necə dəhşətlidir

ilk kərədən qınanmaq.

Başının üstünü kəsdirən qızın:

"Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.

Deyə bilməzsən

ayaqlarının iki il öncə

mina üstündə centlmenlik etdiyini...

Protez ayağın utanar özündən

qayıda sənə:

"Xahiş edirəm, daha mənsiz get”Məktəbdə kökə bölüşdürən uşaqları

burda mərmilər bölüşdürür

öz aralarında, sevgili.

Bəlkə də dönərəm,

hər duamı tellərinə deyərəm

bütün arzularımı ovcuna pıçıldayaram

dodaqlarında alaram dəstəmazı,

Tanrılar məbədi qadın.

Şaxta babanın burnu

Dərdin acığına

gedək

kimisə sevindirək...

Şaxta baba qurduq

həyətdə qardan.

Əlindən gələni elədi hər kəs

kimisi can verdi,

kimisi nəfəs.

mən də yerkökündən burun düzəltdim.

Ancaq doyunca baxıb

Sevinə bilmədik yapdığımıza...

Geyimi kimi

yaşlı bir qadın

yaxınlaşıb fağır-fağır:

olar,

bu yerkökünü

nəvəmə aparım...

Dən

“Sülh göyərçinləri”

adlandıran da oldu

səmamızda nərildəyən uçaqları.

Ancaq bu “göyərçinlər”

Buğdaya gələnə oxşamırdı heç,

Özləri göydən dən töküb

dənləyirdi

sünbül-sünbül uşaqları....

Babamın əlləri

Müharibə əliliydi babam,

aldığı təqaüdün qəpiklərini

gizlədərdi əlində.

“Tapın görüm, hansı əlimdədi?

Pul, tapanındı”

oynardı bizimlə.

Heç vaxt tapmadıq

qəpikləri hansı əlində gizlətdiyini.

görəsən, bilirdimi

biz bilirik

bir əlini müharibədə itirdiyini...

Diqqətsiz

Bir az sərxoşluqdan,

bir az da söhbətin şirinliyindən

qırıldı şərab badəsi

yıxılıb əlimdən.

Baxıb

Köks ötürdü

xidmətçi xanım:

“cənab leytenant,

bu da qadın ürəyi deyil ki,

diqqətsizlikdən qırasız!”

Qara sevinc

Mavi ekranda

Afrika çocuqları

futbol oynayır. -

doldurub

BMT-dən yardım göndərilən

prezervativ şarları.

Üzlərində,

gözlərində sevinc.

Xoşbəxtlik budu, Tanrım?!

Elə bil alın yazısının doqquzluğuna

vururlar qolların.

Puşkinlə Yesenin arasında

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

“Saxla” işarəsin verir polislər,

Yenə düz keçməyib küçəni külək?!

Cibindən saralmış yarpaqlar çıxır,

Çəkir qorxusundan içini külək.

İçinə çəkilib, yığılıb sular

Day hava udmaq da havayı deyil.

Deşilib gedibdi dənizin dibi,

Üzün dimdikləyən qağayı deyil!

Hələ də arzular dumana düşüb

Yenə də ümidlər bir yol axtarır.

Bu tənha adamlar, bu tək adamlar

Qoluna girməyə bir qol axtarır.

Yolları palçığa batmış o kəndin

Baca tüstüsünə isinir bulud.

Təndirdə küt gedib bir kündə sevgi, -

Bir azdan başlayar işini bulud.

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Üzü çopur səhralar

Burda nə dərd-sər bitir,

nə din-kitab davası.

Göydə quştək vurulur

müsəlmanın duası.

Göydən dualar düşür

ətəyi, üzü qanlı.

Analar ağzı dualı,

analar diz çökübdü,

analar dizi qanlı.

Uşaqlar bələyə yox,

qana bələnir burda.

Timsahların göz yaşı,

başdakının iştahı

seyfə sığmır banklarda.

Anaların ağzından

qanlı dualar qopur.

Üzün yırtır səhralar,

səhralar çopur-çopur.

Əllər göyə uzanıb

vurulan duaları

göydə saxlamaq üçün.

...Yer kürəsi əlində

qanlı duayla uçur.

Allahla mərc çəkək

Bir az çətindi yaşamaq,

bir az asandı,

dərd çəkək.

Bir az yolüstü oturaq,

Allah yolunda xərc çəkək.

Ürəyin sızlar hardan?!

Orda o qızlar hardan?!

Yenə allahsızlardan,

Gedək bir az borc çəkək.

Kimisi filan-filandı,

kim fırladı,

kim dolandı.

Kim haqlıdı,

kim yalandı?!

Gedək

Allahnan mərc çəkək.

Mesaj

O qız da mesajnan atdı...

gülləsin

Allah, bu soyuqda,

ucada nə var?!

Bu günün rəngini dəyişdi külək,

gedim..

baxım görüm...

hecada nə var?!

Sərbəst şeir kimi vurnuxur külək,

ölçülü evlərin hecası yoxdu.

Tökülən yarpaqlar çox cavan imiş,

gəzdim arasında...

qocası yoxdu.

Yağışı, küləyi kəsib gedirəm,

dilimi dişimdə kəsir son sözün.

Səni bu dünyaya tanıtdı bəlkə

bu cılız canınla firon sözün.

Pəncərə döyənə oxşamır külək,

dağıtmaq istəyir evi, eşiyi.

Qafiyə xətrinə deyim:

- Aparsın

küçədə əsnəyən iti-pişiyi.

Bu Həvva qızların gözü açılıb,

Lap belə cənnətin bağları kimi.

Əriyib gedirəm susuz metroda

alpinist yendirən dağ qarı kimi.

O qız da mesajnan atdı...

gülləsin

Allah, bu soyuqda, ucada nə var?!

Bu günün rəngini dəyişdi külək,

gedim...

baxım görüm...

hecada nə var?!

"Avatar"ın əfsanəvi rejissorunun sənət yolu sərgilənəcək

Ürəyim yollardan qayıtmır evə... - Günün şeiri

Məşhur müğənnini elektrik cərəyanı vurub

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
kulis.az

2Mənbələr