AZ

“Putin səfərlər zamanı seriallara, filmlərə baxır” - Peskov

“Rusiya Prezidenti Vladimir Putin tarixi filmlərə və seriallara üstünlük verir”.

News24.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda TASS-a bildirib.

Kremlin sözçüsü əlavə edib ki, dövlət başçısı bəzən uçuşlar və səfərlər zamanı da seriallara, filmlərə baxır.

Peskovun sözlərinə görə, siyasətçi əsasən rus filmlərinə üstünlük verir. O qeyd edib ki, Putin nəyə baxacağını özü seçir, ancaq qohumlarının, dostlarının, həmkarlarının da məsləhətlərinə qulaq asır.

Seçilən
16
2
news24.az

4Mənbələr