AZ

Dünya gücləri ABŞ ın aqressiyasına qarşı birləşir Braziliya BRİKS sammitini çağırdı

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliya rəhbərliyi BRİKS blokunun üzvləri arasında ABŞ-ın aqressiv addımlarına qarşı vahid mövqe nümayiş etdirmək məqsədilə fövqəladə videokonfrans sammiti təşkil edir.

Milli.Az xəbər verir ki, braziliyalı politoloq Robertu Santosun TASS-a verdiyi məlumata görə, bu təşəbbüs blokun ölkələrarası çoxtərəflilik və qarşılıqlı hörmət prinsipini önə çəkmək niyyətindən irəli gəlib.

Santos bildirib ki, Braziliya prezidenti Luis İnasiu Lula da Silva ABŞ-ın tətbiq etdiyi tarif tədbirlərinə qarşı BRİKS ölkələri arasında ticarət əlaqələrinin daha da gücləndirilməsini təklif edəcək.

"ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya məhsulları BRİKS ölkələrinin digər bazarlarına yönəldilə bilər", - ekspert əlavə edib.

Bu sammit, ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı BRİKS blokunun birgə və güclü cavabının əsasını qoymağı hədəfləyir.

Kənan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
news.milli.az

3Mənbələr