AZ

Dembele Azərbaycan millisi ilə oyunu buraxacaq

style='margin-bottom:10px;'>

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Demblenin durumu ciddidir.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq.

PSJ-nin daha bir futbolçusu Deziro Due də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
51
8
teleqraf.com

10Mənbələr