AZ

Qəzzada son sutka ərzində aclıqdan ölənlərin sayı artıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin hücumları və blokadası nəticəsində aclıq hökm sürən Qəzza zolağında son 24 saat ərzində aclıqdan ölənlərin sayı 5 nəfər artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 138-i uşaq olmaqla həyatını itirənlərin sayı 387-yə çatıb.

Qeyd edək ki, hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Seçilən
30
turkic.world

1Mənbələr