Elbrus dağında belaruslu turist ölüb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, onun cəsədi 2800 metr yüksəklikdə, Terskol şəlaləsi yaxınlığında tapılıb.
Qeyd olunub ki, həmin şəxs xilasedicilərdə qeydiyyatda olmayıb və sentyabrın 3-dən onunla əlaqə itib.