AZ

Makron üçün fəlakət ssenarisi 2 il sonra elə şeylər ola bilər ki..

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Fransa əhalisinin cəmi faizi ölkə Prezidenti Emmanuel Makrona etibar edir. “Le Figaro” qəzetinin məlumatına görə, bunlar “Verian”ın sorğusunun nəticələridir. Belə ki, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, sorğuya əsasən fransızların 80 faizi Makrona etibar etmir:

“Qalan 5 faiz cavab verməkdə çətinlik çəkib. Ölkənin Baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 faizə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir. Makronun nüfuzunun azalmasına səbəb onun ikinci prezidentliyi dövründə keçirdiyi pensiya islahatlarıdır. Belə ki, Fransada qəbul edilən yeni qanuna görə təqaüd yaşı 62-dən 64-ə qaldırdı və bu da ölkədə kütləvi narazılığa səbəb oldu. Baş nazir Bayronun təqdim etdiyi sosial xidmətlər paketi də ciddi etirazlar yaratdı. Bundan sonra sürətli şəkildə prezident və hökumətin nüfuzu düşməyə başladı. Məsələnin ən maraqlı tərəfi odur ki, Makronun əsas gücü paytaxt Parisdədir. Regionlarda aparılan səhv siyasət, əsas lahiyələrin paytaxtda həyata keçirilməsi bölgələrdə işsizliyin artmasına yol açdı. Eyni zamanda Emanuel Makron sələflərindən fərqli olaraq aşağı təbəqə ilə işləməyi bacarmadı”.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

Ekspert qeyd edib ki, E.Makron daha çox narsist xarakteri ilə fərqlənir:

“O, özünü güclü və əlçatmaz lider kimi göstərməyə çalışır, bu da insanlarda qıcıq yaradır. Azalan reytinq isə gələcəkdə Makron və komandası üçün çətin sınaq olacaq. Fransa 2027-ci ildə növbəti prezident seçkilərinə gedəcək. Konstitusiyaya görə Emmanuel 2 dəfə ard-arda seçildiyi üçün növbəti seçkidə namizəd ola bilməz. Hazırda həm sağda, həm də solda bəzi şəxslər prezidentlik üçün potensial namizəd kimi nəzərdən keçirilə bilər. Sağ cinahda Makron hökumətinin ilk baş naziri olmuş Eduard Filipin nüfuzu sürətli şəkildə artır. O, namizədliyini elan etməsə belə, hazırda ölkənin ən nüfuzlu siyasətçisidir. Bundan başqa anti-miqrant çıxışları ilə bilinən keçmiş daxili işlər naziri Bruno  Retailleau, həmçinin radikal sağdan Milli Cəbhənin yeni parlayan ulduzu Jordan Bardella növbəti seçkinin potensial namizədləridir.

Solçular arasında isə əsas mübarizə qocaman siyasətçi, radikal solçu dan Jan-Luk Melanşon və keçmiş prezident, Sosialistlər Partiyasının şanslı namizədlərindən Fransua Olland, eyni zamanda bu partiyanın parlayan ulduzu, xanım siyasətçi Karole Delga arasında gedir. Ancaq hər iki cinahda da Makronun yeritdiyi siyasətə qarşı güclü narazılıq var. Əgər vəziyyət bu şəkildə davam edərsə, 2027-ci Fransada təkcə prezident deyil, 10 illik siyasi xəttdə dəyişəcək”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
globalinfo.az

1Mənbələr