3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Kubokunun 1/4 final oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamızın növbəti rəqibi Polşa olub. Görüş Bakı vaxtı ilə saat 14:25-də start götürüb və qızlarımız rəqibi 16:13 hesablı məğlubiyyətə uğradıb. Beləliklə, komandamız adını yarımfinala yazdırıb.
Milli komandamız daha öncə Fransa və Ukraynanı məğlub edib.
Qeyd edək ki, oyunları FIBA3x3 yutub kanalından canlı izləyə bilərsiniz.