AZ

Gənc cüdoçularımız Avropa çempionatının 1/4 finalda mübarizə aparacaqlar

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclərarasında Avropa çempionatının sonuncu yarış günündə qarışıqkomandalar mübarizə aparacaq.

Trend-inməlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək.

Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq vəYunanıstan–İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.

Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar:73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək.Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.

Seçilən
102
4
az.trend.az

6Mənbələr