Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan Ruanda millisi səfərdə Nigeriya ilə üz-üzə gəlib.
“Zirə”dən Ruanda millisinə dəvət alan mərkəz müdafiəçisu Anje Mutsinzi da bu görüşün iştirakçısı olub.
Meydana start "11-lik"də yer alan Anje sonadək mübarizə aparıb.
Matç Mutsinzinin komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu yenilgidən sonra 8 xalda qalan Ruanda millisi qrupda dördüncüdür. Xallarının sayını 10-a çatdıran Nigeriya isə üçüncü pilləyə yüksəlib.