
Britaniyada bir kişiyə mədə pozğunluğunu xatırladan simptomlardan sonra xərçəng diaqnozu qoyulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Mən özümü elə bil sərxoşluqdan ayılırammış kimi hiss edirdim və yalnız ailəmin israrından sonra həkimlərə müraciət etdim”, – deyə nəşr zərərçəkmişin sözlərindən sitat gətirib.
Məqalədə qeyd olunur ki, 60 yaşlı Tim Blekbern 2022-ci ilin dekabrında qəfil yorğunluq hiss etməyə və mədə pozğunluğu simptomları keçirməyə başlayıb.
“Xəstəxanada həkimlər ona böyrəklərinin işləmədiyini bildiriblər. Daha sonra aparılan analizlər nəticəsində isə onda nadir qan xərçəngi növü olan miyelom xəstəliyi aşkarlanıb”, - nəşr yazır.